...

Azərbaycan Mərkəzi Bankı sığortaçı cəlb edir

Tender müsabiqələri Materials 13 Avqust 2013 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir E. Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) bir il ərzində bankın balasında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət olan birləşdirilmiş sığorta paketi üzrə açıq tender élan edir. Trend-in məlumatına görə, bu barədə Tender Kommisiyasının "Xalq Qəzeti"ində yerləşdirdiyi elanda bildirilir.

Tenderdə iştirak haqqı 200 manat təşkil edir.

Tender təklifləri (tender təklifi 8 noyabr 2013-cü il tarixinədək qüvvədə olmalıdır), o cümlədən tender təklifinin qiymətinin bir faiz məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və 23 dekabr 2013-cü il tarixədək qüvvədə olmalıdır) 13 sentyabr 2013-cü il saat 18:00-dək AMB-nin inzibati binasında qəbul edilir.

Tender təklifləri 24 sentyabr 2013-cü il saat 15:00-da AMB-nin inzibati binasında açılacaq.

Tenderin qalibi xidmətin göstərilməsinə 1 noyabr 2013-cü il tarixində başlamalıdır. CASCO sığortası üzrə xidmətin göstərilməsinə 24 yanvar 2014-cü ildən başlanılmalıdır.

Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov 32

Əlaqələndirici şəxs: Ceyhun Səməndov

Tel.: 493 1122 (599)

Əlaqələndirici şəxs: Elvin Şirdanov

Tel.: 493 1122 (428)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti