...

Gürcüstan prezidenti Gürcüstan-Rusiya münaqişəsinin nizamlanmasına dair sülh planı imzalayıb

Dünya xəbərləri Materials 11 Avqust 2008 14:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Rusiyanın təcavüzü fonunda böhranın nizamlanmasına dair sülh planı imzalayıb. "Rustavi 2" teleşirkətinin verdiyi xəbərə görə, bu plan barədə ətraflı məlumat verilmir.

Teleşirkətin verdiyi xəbərə görə, Mixail Saakaşvili tərəfindən imzalanan müqavilənin motivləri Gürcüstan ərazisində Rusiya tərəfindən aparılan hərbi əməliyyatların dayandırılması, Rusiya aviasiyasının bombardımanı nəticəsində dinc əhali arasında tələfata yol verməmək istəyi ilə bağlıdır.

Saakaşvili tərəfindən bazar ertəsi imzalanan planı Fransanın Avropa İttifaqında sədrlik edən XİN rəhbəri Bernar Kuşner, Finlandiyanın ATƏT-də sədrlik edən XİN rəhbəri Aleksandr Stabb Moskvaya çatdıracaqlar. Onlar bu sənədi imzalanması üçün Rusiya prezidenti və xarici işlər nazirinə təqdim edəcəklər.

Bu dəqiqələrdə XİN başçıları Qoridədir və qaçqınlarla görüşürlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti