...

Rusiya xaincəsinə atəşkəs barədə əldə edilən razılaşmaları pozub – Gürcüstn MTŞ-nin katibi

Dünya xəbərləri Materials 13 Avqust 2008 20:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 avqust/ Trend müxbir N.Kirtsxaliya/ "Dünən Rusiya atəşkəs barədə əldə olunan razılıqları xaincəsinə pozub və quldur birləşmələrinə dinc sakinləri qarət etməyə və öldürməyə imkan verir", - Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya ABŞ Dövlət Katibi müavinin köməkçisi Metyu Brayza ilə Tbilisidə keçirilən birgə brifinqdə bildirib. Onun sözlərinə görə, Şimali Qafqaz bölmələri Qoridə yerli sakinləri qarət və məhv edirlər.

"Gürcüstan prezidenti BMT Baş katibi ilə əlaqə saxlamağa çalışır ki, onu Qoridəki vəziyyətlə bağlı məlumatlandırsın. Qoriyə getmələri və öz nüfuzları ilə zorakılığa son qoymaları üçün Tbilisidən uçan dörd prezidenti geri qaytarmağa çalışırıq", - Lomaya bildirib.

Lomaya vurğulayıb ki, hazırda Fransanın Gürcüstandakı səfirinin başçılığı ilə səfirlərdən ibarət xüsusi qrup yaradılır. Qrup bir neçə saatdan sonra Qoriyə yola düşəcək və Rusiya komandanlığından azğınlığı dayandırmağı tələb edəcək.

Brayza bəyan edib ki, "Qoridə vətəndaşlar üzərində zorakılıqdan qaçmaq üçün zəruri tədbirlər görmək lazımdır". "Biz Tbilisidəyik, lakin bizə etibarlı xəbərlər gəlir ki, əhali üzərində zorakılıq böyük və qorxuducu miqyas alır", - Brayza bildirib.

O vurğulayıb ki, "Rusiya qoşunlarının belə aktların qarşısını almaq üçün bütün zəruri tədbirləri görə biləcəyinə" ümid edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti