Əfqanıstan, Kabil, 13 oktyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanda yolda basdırılmış minanın partlaması nəticəsində, özəl mühafizə şirkətinin yeddi əməkdaşı həlak olub.
Partlayış Host əyalətinin cənub - şərqində baş verib.
Taliban qruplaşması terror aktının törədilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Hadisənin təhqiqatı davam etdirilir, - regionun polis idarəsindən bildiriblər.