Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz bu gün səhər İrana səfər edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Əbdüləziz ikigünlük səfəri zamanı iranlı həmkarı Mahmud Əhmədinejad və İranın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələr müzakirə olunacaq.