...

Liviya konstitusiyası İslama əsaslanacaq - Milli Keçid Şurasının rəhbəri

Dünya xəbərləri Materials 13 Sentyabr 2011 11:28 (UTC +04:00)
Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlil bəyan edib ki, ölkə konstitusiyasının əsasında İslam dayanacaq. Trend-in məlumatına görə, bu barədə "Muhit" qəzeti xəbər verir.
Liviya konstitusiyası İslama əsaslanacaq - Milli Keçid Şurasının rəhbəri

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlil bəyan edib ki, ölkə konstitusiyasının əsasında İslam dayanacaq. Trend-in məlumatına görə, bu barədə "Muhit" qəzeti xəbər verir.

"Liviyada İslam mötədildir. Ölkədə Konstitusiya İslama əsaslanacaq", - Əbdülcəlil deyib.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Fevralda müxalifət Benqazidə MKŞ-ni yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Rusiya da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.

Altı ay davam edən hərbi əməliyyatlar gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Müəmmər Qəddafinin yeri barədə indiyədək heç nə məlum deyil. Onun ailəsinin bir hissəsi Əlcəzairə qaçıb, oğullarından biri isə bu ərəfələrdə Nigerdə peyda olub.

Cümə günü İnterpol Müəmmər Qəddafi, onun oğlu Seyf əl-İslam və Liviya hərbi kəşfiyyatının keçmiş direktoru Abdullah əs-Sənusinin həbsinə order verib. Şəxs haqqında "qırmızı bülleten" çıxarılması onun ən çox axtarılan şəxslər siyahısına daxil edilməsi deməkdir.

Xəbər lenti

Xəbər lenti