...

Malayziyada daşqınlar nəticəsində təxminən 80 min nəfər evakuasiya olunub

Dünya xəbərləri Materials 25 Dekabr 2014 06:30 (UTC +04:00)
Malayziyanın baş naziri Nəcib Tun Razak bütün ölkə idarələrinin səmərəli tədbirlərin görülməsini, ölkənin şimalında və şərqində tüğyan edən güclü daşqınlardan zərər çəkənlərə lazımi kömək göstərməsini və köçürülməsini tələb edib.
Malayziyada daşqınlar nəticəsində təxminən 80 min nəfər evakuasiya olunub

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Malayziyanın baş naziri Nəcib Tun Razak bütün ölkə idarələrinin səmərəli tədbirlərin görülməsini, ölkənin şimalında və şərqində tüğyan edən güclü daşqınlardan zərər çəkənlərə lazımi kömək göstərməsini və köçürülməsini tələb edib. Hazırda təxminən 78,5 min yerli sakin evlərini tərk edib. Trend TASS agentliyinə istinadən bu barədə The New Straits Times xəbər verir.

Baş nazirin sözlərinə görə, "daşqınlarla bağlı vəziyyət pisləşir, buna görə də təcili tədbirlər görülməlidir". Ən ağır vəziyyət Kelantan ştatında yaranıb, orada müvəqqəti mərkəzlərə təxminən 30 min nəfər evakuasiya edilib. Bu rayonda iri çaylarda suyun səviyyəsi ən azı metrdən çox qalxıb, bir çox yollar bağlanılıb.

BERNAMA informasiya agentliyinin verdiyi xəbərə görə, bəzi ştatlarda, dəmiryol nəqliyyatının işi bazar ertəsindən dayandırılıb və cümə günündən tez olmayaraq bərpa oluna bilər. Eyni zamanda AirAsia aviaşirkətinin nümayəndələri bildiriblər ki, mürəkkəb vəziyyət bu ən böyük büdcə şirkətinin uçuşlarına təsir etməyib.

Malayziyada indiki daşqın son 10 ildə ən iri daşqın adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti