...

BMT: Dünyada qaçqınların sayı rekord həddə çatıb

Dünya xəbərləri Materials 7 Yanvar 2015 10:46 (UTC +04:00)
BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının İdarəsinin yardım göstərdiyi öz evini tərk etməyə məcbur edilmiş köçkünlərin sayı 2014-cü ilin ortalarında rekord həddə - 46,3 milyon nəfərə çatıb.
BMT: Dünyada qaçqınların sayı rekord həddə çatıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının İdarəsinin yardım göstərdiyi öz evini tərk etməyə məcbur edilmiş köçkünlərin sayı 2014-cü ilin ortalarında rekord həddə - 46,3 milyon nəfərə çatıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İdarənin cərşənbə günü dərc etdiyi hesabatda deyilir.

Hesabatda BMT-nin ali komissarı Antonio Quterreşə istinadən deyilir: "2014-cü ildə biz himayəmiz altında olan şəxslərin sayının misilsiz səviyyəyə çatdığını gördük. Dünya birliyi mövcud münaqişələrin siyasi həlli yolunu tapmadıqca, eləcə də yeni münaqişələrin qarşısını almadıqca, biz bunun dramatik humanitar nəticələri ilə qarşılaşmaqda davam edəcəyik".

BMT-nin Qaçqınların işləri üzrə İdarəsi Yaxın Şərqdə və Afrikada baş verən müharibələri qaçqınların sayının artmasının səbəbi hesab edir və bildirir ki, təşkilat Suriya, Əfqanıstan, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Myanma, İraq və başqa qaynar nöqtələrdə münaqişə zonalarını tərk etmiş insanlara yardım göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti