...

Yaponiyada xərçəngin erkən diaqnostikasının yeni metodu tətbiq edilib

Dünya xəbərləri Materials 17 İyun 2015 14:34 (UTC +04:00)
Yaponiya alimləri xərçəngin ilkin mərhələlərində diaqnostikasının yeni metodunu tətbiq ediblər.
Yaponiyada xərçəngin erkən diaqnostikasının yeni metodu tətbiq edilib

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Yaponiya alimləri xərçəngin ilkin mərhələlərində diaqnostikasının yeni metodunu tətbiq ediblər. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeni metod bir damla qan əsasında təhlükəli hüceyrələri 3 dəqiqəyə aşkar etməyə imkan verir.

Bu məqsədlə xüsusi metal plastinin üzərinə pasiyentin qanını qoyurlar. Ardından o, ultrabənövşəyi şüaların təsirinə məruz qoyulur. Xərçəng xəstələrində qan hüceyrələri işıq saçmağa başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti