Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Təmkin Cəfərov /
İranın Mahan hava yollarına məxsus Boinq 747 tipli təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş etdi. Trend-in məlumatına görə, bu barədə İranın "YJC" xəbər saytı məlumat verir.
Məlumata əsasən, Tehrandan Bəndər Abbas şəhərinə uçmaq istəyən təyyarənin motorlarının birində problem yaranıb və təyyarə havaya qalxdıqdan sonra enmək məcburiyyətində qalıb.
İranın "İRİNN" xəbər kanalı məlumat verib ki, təyyarədə olan sərnişinlərdən xəsarət alan olmayıb.