...

Ərdoğan: Türkiyə turizm sahəsində dünya lideri olacaq

Dünya xəbərləri Materials 8 Fevral 2016 10:45 (UTC +04:00)
Türkiyə turizm sahəsində dünya lideri olacaq.
Ərdoğan: Türkiyə turizm sahəsində dünya lideri olacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə turizm sahəsində dünya lideri olacaq. Trend Türkiyənin "Star" qəzetinə istinadən məlumat verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, Ədalət və İnkişaf Partiyasının 13 illik hakimiyyəti dövründə ölkə turizm sahəsində böyük uğurlar qazanıb.

Ərdoğan bildirib ki, ölkəyə gələn turistlərin sayının artması üçün bütün imkanlardan istifadə edəcəklər.

Türkiyənin Statistika İnstitunun məlumatına görə, ötən il ölkəyə 29,6 milyon turist gəlib ki, bu gəstəricinin 12,4 milyon nəfəri İstanbulun payına düşür.

2015-ci ilin üçüncü rübündə Türkiyənin turizmdən gəlirləri 12,2 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti