...

Avstraliyada qasırğaya görə minlərlə insan evakuasiya edilir

Dünya xəbərləri Materials 27 Mart 2017 05:27 (UTC +04:00)
Avstraliya hökuməti "Debbi" qasırğasından qabaq ölkənin şimal-şərqindəki Kvinslend ştatının bir neçə min sakinini təxliyə edir.
Avstraliyada qasırğaya görə minlərlə insan evakuasiya edilir

Bakı. Trend:

Avstraliya hökuməti qarşıdan gələn "Debbi" qasırğasından qabaq ölkənin şimal-şərqindəki Kvinslend ştatının bir neçə min sakinini təxliyə edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Avstraliya meteoroloji bürosu xəbərdarlıq edib ki, 2011-ci ildəki "Yasi" tropik qasırğasından sonra "Debbi" ən pis ola bilər. Büro fırtınaya ikinci dərəcə verib.

Gözlənilir ki, yaxın günlərdə siklon dördüncü dərəcəyə kimi güclənəcək, küləyin sürəti isə saatda 300 kilometrədək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti