...

Qvatemalada vulkan püskürməsi təhlükəsinə görə 300 nəfər evokuasiya edilib

Dünya xəbərləri Materials 6 May 2017 01:17 (UTC +04:00)
Qvatemala mülki müdafiə xidməti 300 nəfərdən çox adamı evokuasiya edib və Fueqo vulkan püskürməsi təhlükəsi üzündən narıncı təhlükə səviyyəsi elan edib
Qvatemalada vulkan püskürməsi təhlükəsinə görə 300 nəfər evokuasiya edilib

Bakı. Trend:

Qvatemala mülki müdafiə xidməti 300 nəfərdən çox adamı evokuasiya edib və Fueqo vulkan püskürməsi təhlükəsi üzündən narıncı təhlükə səviyyəsi elan edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda EFE agentliyi xəbər verir.

Fəlakət riskinin azaldılması üzrə Milli koordinasiya şurasının məlumatına görə, narıncı təhlükə səviyyəsi ölkənin bir sıra bələdiyyələrində elan edilib.

Məlumata görə, 10 təhsil müəssisəsində dərslər ləğv edilib.

Qeyd edək ki, paytaxtdan 45 kilometr cənub-qərbində yerləşən Fueqo ölkədə olan üç aktiv vulkandan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti