...

Böyük Britaniyada Lids-Bradford hava limanında evakuasiya elan edilib

Dünya xəbərləri Materials 14 May 2017 05:29 (UTC +04:00)
Böyük Britaniya polisi "şübhəli bağlama" aşkar edildikdən sonra Lids-Bradford beynəlxalq hava limanında evakuasiya elan edib
Böyük Britaniyada Lids-Bradford hava limanında evakuasiya elan edilib

Bakı. Trend:

Böyük Britaniya polisi "şübhəli bağlama" aşkar edildikdən sonra Lids-Bradford beynəlxalq hava limanında evakuasiya elan edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Daily Mail qəzeti xəbər verib.

Məlumata görə, evakuasiya nəticəsində bir çox təyyarə digər hava limanlarına yönəldilib, bəzi reyslər yubanıb. Hava limanına enən təyyarələrin sərnişinləri 1 saata yaxın təyyərin içində gözləməli olublar.

Hazırda hava limanı bağlanıb, hadisə yerində polis əməkdaşları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti