...

Trampdan YENİ QƏRAR - Bu dəfə Kuba ilə bağlı

Dünya xəbərləri Materials 3 Oktyabr 2017 11:04 (UTC +04:00)
ABŞ prezidenti Donald Trampın administrasiyası Kuba səfirliyinin Vaşinqtondakı əməkdaşlarının sayını 60 faiz azaltmağı planlaşdırır.
Trampdan YENİ QƏRAR - Bu dəfə Kuba ilə bağlı

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası Kuba səfirliyinin Vaşinqtondakı əməkdaşlarının sayını 60 faiz azaltmağı planlaşdırır.

Trend-in məlumatına görə, mənbələr dövlət departamentinin bu qərarı bu gün açıqlayacağını qeyd edib.

Mənbənin verdiyi məlumata görə, bu qərar Kubanı cəzalandırmaq məqsədilə qəbul edilmiş addım deyil. Məqsəd hər iki ölkədə diplomatların sayının eyni olmasını təmin etməkdir.

Mənbə onu da qeyd edib ki, kubalı diplomatlar ABŞ tərəfindən rəsmi şəkildə ölkədən çıxarılmayacaq, sadəcə Kuba özü sərbəst şəkildə onları geri çağırmalıdır.

Xəbər lenti

Xəbər lenti