...

Türkiyənin bu vilayətində komendant saatı tətbiq edildi

Dünya xəbərləri Materials 23 Noyabr 2017 09:58
Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətinin Silvan rayonunda komendant saatı tətbiq edilib.
Türkiyənin bu vilayətində komendant saatı tətbiq edildi

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətinin Silvan rayonunda komendant saatı tətbiq edilib.

Trend-in məlumatına görə, bu barədə vilayət meriyası xəbər yayıb. Məlumata görə, komendant saatı vilayətdə PKK terror təşkilatına qarşı anti-terror əməliyyatları çərçivəsində tətbiq edilib.

Məlumata görə, əməliyyat çərçivəsində həmçinin bəzi ünvanlarda axtarışlar aparılacaq.

Qeyd olunur ki, komendant saatı tətbir edildiyi müddətdə axşam saatlarında küçəyə çıxmaq qadağandır. Komendant saatının nə vaxtadək davam edəcəyi barədə isə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti