...

Rusiyada mədəndə UÇQUN - Torpağın altında qalanlar var

Dünya xəbərləri Materials 20 Dekabr 2017 17:52 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Novokuznetsk şəhərində kömür mədənində uçqun baş verib.

Trend-in məlumatına görə, hadisə 300 metr dərinlikdə mədənin ventilyasiya hissəsində baş verib. Uçqunun hansı səbəbdən baş verməsi məlum deyil.

Məlumata görə, qəza zamanı mədəndə 99 nəfər olub. Yerin altında qalanlardan 3-ü ilə əlaqənin kəsildiyi bildirilir.

Məlumata görə, digər mədənçilər yerin üstünə çıxarılıb.

Hazırda axtarış-xilasetmə işləri aparılır.

Xəbər lenti

Xəbər lenti