Bakı. Trend:
UNESCO-nun baş direktoru Odri Azule İsrailin təşkilatın sıralarından çıxmaq niyyəti haqqında rəsmi bildiriş alıb.
Trend-in məlumatına görə, bu barədə UNESCO-nun yaydığı kommünikedə deyilir.
"UNESCO-nun baş direktoru kimi mən bu gün İsrailin 31 dekabr 2018-ci ildə Təşkilatın tərkibindən çıxması barədə İsrail hökümətindən rəsmi bildiriş aldım. Çox təəssüf edirəm. Çünki dövlətlətlər məhz UNESCO-nun tərkibində, onun xaricində deyil, təşkilatın kompetensiyalarına aid sahələrdə fikir ayrılıqlarını həll etməkdə kömək əldə edə bilər".
Qeyd edək ki, İsrail 1949-cu ildən UNESCO-nun üzvüdür.