...

İstanbulda və Bursada dəniz reysləri təxirə salındı - SƏBƏB?

Dünya xəbərləri Materials 16 Noyabr 2018 10:04 (UTC +04:00)
İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.
İstanbulda və Bursada dəniz reysləri təxirə salındı - SƏBƏB?

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub. Sinoptiklər əlverişsiz hava şəraitinin hələ 2 gün davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Eləcə də Bursada həmin səbəbdən dəniz reyslərinin təxirə salındığı bildirilir.

Qeyd edək ki, İstanbul akvatoriyasında dəniz reysləri əlverişsiz hava şəraiti ilə əlaqədar sonuncu dəfə sentyabrda təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti