Bakı. Trend:
Marsda olan “InSight” zondunun "HP3" qazma qurğusu ilk dəfə olaraq "qırmızı planet" səthini 18-50 santimetr dərinliyində qazıb.
Trend-in məlumatına görə, ilk dəfə olaraq qazma qurğusu işlədiyi 4 saat ərzində planet səthinə 4 min zərbə endirib.
"HP3" layihəsinin rəhbəri tilman Şpon bildirib: "Qurğu dərinləşərək, çox guman ki, daşa rast gəlib, 15 dərəcə əyilib və ya onu itələyib, ya da ki yan keçib".
“InSight” zondu ötən ilin may ayında start götürüb və noyabrda Marsın “Elysium Planitia” dağətəyi rayonuna enib. Aparat Marsın geoloji quruluşunu tədqiq etmək üçün nəzərdə tutulub.