...

Daşqınlar İranın kənd təsərrüfatına $3 milyarddan artıq ziyan vurub

Dünya xəbərləri Materials 14 Aprel 2019 16:31 (UTC +04:00)
İranda baş verən son sel və daşqınlar nəticəsində ölkənin kənd təsərrüfatına 130 trilyon rial (təxminən 3,09 milyard dollar) ziyan dəyib
Daşqınlar İranın kənd təsərrüfatına $3 milyarddan artıq ziyan vurub

Bakı. Elnur Bağışov - Trend:

İranda baş verən son sel və daşqınlar nəticəsində ölkənin kənd təsərrüfatına 130 trilyon rial (təxminən 3,09 milyard dollar) ziyan dəyib.

Trend-in məlumatına görə, bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti parlamentdə çıxışı zamanı deyib.

M.Höccətinin sözlərinə görə, dəyən ziyanın 30 trilyon rialı (təxminən 714 milyon dollar) Xuzistan vilayətinə aiddir.

İranlı nazir əlavə edib ki, əkin, bağ və heyvandarlıq sahələri daha çox ziyanla üzləşib: "Habelə arıçılıq, quşçuluq və balıqyetişdirmə müəssisələrinə də ciddi şəkildə ziyan dəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti