Bakı. Trend:
Ukraynanın qərbindəki İvano-Frankovsk vilayətində turistləri aparan yük maşını çaya düşüb.
Trend-in məlumatına görə, qəzaya uğrayan avtomobildə 23 nəfər olub. Onlardan 17 nəfəri xilas edilib.
Altı nəfərin taleyi məlum deyil. İtkinlərin axtarışları davam edir.
Turistlərin hansı ölkədən olduqları barədə məlumat verilməyib.
Qəza ilə bağlı araşdırma başlayıb.