...

ABŞ-da məktəbin yaxınlığında atışma olub

Dünya xəbərləri Materials 28 Avqust 2019 02:45 (UTC +04:00)
ABŞ-ın İstveyl (Kaliforniya ştatı) şəhərində məktəbin yaxınlığında atışma baş verib
ABŞ-da məktəbin yaxınlığında atışma olub

Bakı. Trend:

ABŞ-ın İstveyl (Kaliforniya ştatı) şəhərində məktəbin yaxınlığında atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Riversayd dairəsinin şerifinin idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir ki, təhsil müəssisəsinin binası mühasirəyə alınıb: "Hüquq-mühafizə orqanları hadisə yerində bir nəfəri saxlayıblar".

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti