...

Quterreş ABŞ-ı diplomatlarla əlaqəli viza problemlərini həll etməyə çağırıb

Dünya xəbərləri Materials 5 Fevral 2020 03:02 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin Nyu Yorkdakı işində iştirak etmək niyyətində olan müxtəlif ölkələrin diplomatlarına Amerika vizalarının verilməsi məsələsi həll edilməlidir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quttereş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vizalarla əlaqəli vəziyyətin yoluna düşməsi həddən artıq vacibdir.

A.Quterreş bildirib: "Milli təhlükəsizliklə bağlı hər hansı bir məhdudiyyət üçün bəhanələr ola biləcəyi vəziyyətlər var. Ancaq vəziyyət normallaşdırılmalıdır - BMT-nin fəaliyyət göstərməsi üçün normal şərait lazımdır, yəni vizalar mütəmadi olaraq verilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti