...

Kanadada koronavirusa yoluxanların sayı 27 mini ötüb

Dünya xəbərləri Materials 15 Aprel 2020 06:46 (UTC +04:00)

Bakı. Trend:

Son 24 saat ərzində Kanadada yeni koronavirusa yoluxanların sayı 1338 nəfər artaraq 27063 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, hal-hazırda ölkədə 454,9 min insan koronavirusa yoluxma ilə bağlı müayinədən keçib. Ən çox yoluxma halları Kvebek (14248), Ontario (7953) və Alberta (1870) vilayətində aşkar edilib.

Qeyd edək ki, Kanadada koronavirusa yoluxmanın ilk halı 15 yanvarda qeydə alınıb, bu günə qədər 903 xəstə ölüb, 8,2 mindən çox insan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti