...

Türkiyədə güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 28 İyun 2020 23:20 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Muğla vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 20:43-də qeydə alınıb. Zəlzələnin episentri Marmaris rayonunda olub.

Zəlzələlərin ocağı 5,6 kilometr dərinlikdə yerləşib. Zəlzələ İzmir və ətraf vilayətlərdə də hiss olunub.

Vilayətin qubernatoru dağıntı və tələfatın qeydə alınmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti