Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 20 006 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 753 752 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 543 nəfər ölüb, ölənlərin ümumi sayı 196 561 nəfər təşkil edir.