...

Gürcüstan prezidenti martın 18-i koronavirusa qarşı peyvənd olunacaq

Dünya xəbərləri Materials 16 Mart 2021 22:53 (UTC +04:00)
Gürcüstan prezidenti martın 18-i koronavirusa qarşı peyvənd olunacaq

Bakı. Trend:

Gürcüstan Prezidenti Salome Zurabişvili martın 18-i koronavirusa qarşı peyvənd olunacaq.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Prezidenti Administrasiyasının "Facebook" səhifəsində bildirilib.

Məlumatda deilir: "Prezident məsul vəzifələrdə olan bütün yüksək vəzifəli şəxsləri peyvənd olunmağa çağırır".

Qeyd edilir ki, S.Zurabişviliyə "AstraZeneca" şirkətinin istehsal etdiyi peyvənd vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti