...

Səudiyyə Ərəbistanı öz vətəndaşlarının BƏƏ, Vyetnam, Efiopiya və Əfqanıstana səyahətlərini məhdudlaşdıracaq

Dünya xəbərləri Materials 3 İyul 2021 08:08 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı hakimiyyəti vətəndaşlarının və sakinlərinin BƏƏ, Vyetnam, Efiopiya və Əfqanıstana səyahətlərini məhdudlaşdırmağa və bu ölkələrdən krallığa girişin müvəqqəti qadağan edilməsinə qərar verib.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin müvafiq sərəncamı Səudiyyə Mətbuat Agentliyi tərəfindən yayımlanıb.

Məlumata əsasən, bu istiqamətlərə səyahət qadağası 4 iyul tarixindən etibarən qüvvəyə minir.

Sərəncama əsasən, bu dörd ölkədən qayıdan bütün vətəndaşlar və bazar günü saat 23:00-a qədər sərhədi keçə bilməyən sakinlər karantindən keçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti