Bakı. Orxan Nəbiyev - Trend:
Koronavirusun "delta" ştammı tezliklə dünyada dominant varianta çevriləcək.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.
Qeyd olunub ki, hazırda mütəxəssislər bu ştammın bəzi ölkələrdə geniş yayılıb, digər ölkələrdə olmamasının səbəbləri ilə bağl araşdırmalar aparır.
ÜST-ün son məlumatlarına görə, "delta" ştammı 111 ölkədə qeydə alınıb, son bir həftə ərzində daha 7 ölkədə həmin ştamm aşkarlanıb.
85 ölkədə, o cümlədən İslandiya, Misir, Monteneqro və bir sıra digər ölkələrdə "delta" variantı qeydə alınmayıb.