...

"Amazon" Rusiyaya göndəriş çatdırılmasını dayandırır

Dünya xəbərləri Materials 10 Mart 2022 02:33 (UTC +04:00)
"Amazon" Rusiyaya göndəriş çatdırılmasını dayandırır

Bakı. Trend:

ABŞ-ın ən böyük şirkətlərindən biri "Amazon" Rusiyaya göndəriş çatdırılmasını dayandırır.

Trend xəbər verir ki, şirkət həmçinin Rusiyadan Prime Video "striminq" xidmətinə girişi bloklayır.

Amazon dünyanın əksər hissəsində fəaliyyət göstərən və dünyanın ən böyük elektron ticarət şirkətlərindən biridir. Bundan əvvəl şirkətin bulud hesablamaları sahəsində xidmətlər göstərən bölməsi olan Amazon Web Services Rusiyadan yeni müştəriləri qəbul etməkdən imtina etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti