Bakı. Trend:
Sərdar Berdiməhəmmədov Türkmənistanda keçirilmiş prezident seçkilərində 72,97 faiz səs toplayaraq qalib gəlib.
Trend-in məlumatına görə, bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyasının yekun açıqlamasında deyilir.
Qeyd edək ki, S.Berdiməhəmmədov Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğludur.
Xatırladaq ki, Türkmənistanda prezident seçkiləri martın 12-də keçirilib. Seçkilərdə 9 namizəd iştirak edib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçici fəallığı 97,17 faiz təşkil edib.