...

İsveçin SEB bankı Rusiyada fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 21 Mart 2022 23:32 (UTC +04:00)

Bakı. Trend:

İsveçin "Skandinaviska Enskilda Banken" (SEВ) bankı Rusiyadakı fəaliyyətini dayandırır.

Trend-in məlumatına görə, bu barədə bankın açıqlamasına istinadən "Dagens Industri" qəzeti xəbər yayıb.

"Mövcud şəraitdə SEB Rusiyada fəaliyyətini davam etdirə bilmir və bu səbəbdən fəaliyyətini dayandırmağa başlayıb. Bu, normativ və hüquqi öhdəliklərə uyğun olaraq məsuliyyətli və nizamlı şəkildə həyata keçiriləcək", - deyə bankın açıqlamasında bildirilir.

Qeyd edək ki, SEB-in Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində filialları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti