...

Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə taxıl ixracını müzakirə edib

Dünya xəbərləri Materials 25 İyul 2022 22:29 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı olub.

Trend-in Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı H.Akar Ukrayna tərəfinin bir həftə ərzində taxıl tədarükünə başlamaq planları ilə bağlı bəyanatından məmnunluğunu ifadə edib.

O, taxıl ilə yüklənmiş ilk gəminin Ukrayna limanlarından tez bir zamanda çıxmasının vacibliyini qeyd edib.

Nazir əlavə edib ki, Türkiyə tərəfi təhlükəsiz tədarükün təşkili üçün əlindən gələni edəcək.

H.Akar həmçinin birgə koordinasiya mərkəzində aktiv işin getdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti