Bakı. Trend:
Bu gün İtaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Trend xəbər verir ki, seçkilər parlamentin hər iki palatasına - Deputatlar Palatası və Senata keçirilir. Səsvermənin nəticələrindən sonra ölkənin siyasi qüvvələri hökuməti formalaşdırmaq məqsədilə parlamentdə kifayət qədər dəstək əldə etmək üçün danışıqlar aparacaq.
Yeni çağırış parlamentin oktyabrın 13-də işə başlayacağı gözlənilir.