...

Ərdoğan Rusiyadan yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə ümid etdiyini bildirib

Dünya xəbərləri Materials 24 Oktyabr 2022 04:53 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında İstanbulda bağlanmış taxıl sazişinin inkişafı çərçivəsində Rusiyadan əsasən yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə başlanacağına ümid etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti ölkənin cənub-şərqindəki Diyarbakır şəhərində gənclərlə söhbət zamanı deyib.

"[Rusiya Prezidenti Vladimir] Putinlə sonuncu söhbətində biz Rusiyadan yoxsul ölkələrə taxıl və gübrə çatdırılması imkanlarını müzakirə etdik. Ümid edirik ki, bu problemi həll edə bilərik", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə kasıb ölkələri, o cümlədən Afrikanı təkcə taxılla deyil, gübrələrlə təmin etmək üçün addımlar atıb: "Quraqlıq problemini ciddi şəkildə yaşayan bu ölkələrə gübrə problemlərini həll etmək üçün kömək etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti