Bakı. Trend:
Bolqarıstan vətəndaşları bazar günü növbədənkənar 49-cu çağırış Milli Assambleyanın (birpalatalı parlament) deputatlarını seçəcəklər.
Trend xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkədə təxminən 13 min seçki məntəqəsi açılacaq ki, burada təxminən 6,7 milyon insan saat 20:00-a qədər səs verə biləcək.
Xaricdəki Bolqarıstan vətəndaşları üçün 61 ölkədə 737 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Parlamentdə 240 yer uğrunda 14 siyasi partiya və 7 koalisiyanın nümayəndələri mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, deputat mandatı uğrunda 4 566 nəfər mübarizə aparır. Seçkilərdə 207 beynəlxalq, 847 bolqar müşahidəçi olacaq.