...

Marseldə uçmuş evin yaxınlığındakı bina qismən çöküb

Dünya xəbərləri Materials 9 Aprel 2023 12:15 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Marsel şəhərində uçmuş evin yaxınlığındakı bina qismən çöküb.

Trend xəbər verir ki, bu barədə "BFM" telekanalı məlumat yayıb.

"Tivoli küçəsi 15 ünvanında yerləşən binanın bir hissəsi bir neçə dəqiqə əvvəl çöküb", - deyə telekanalın məlumatında bildirilir.

Qeyd edilir ki, xilasedicilər arasında xəsarət alanların olub-olmadığı barədə hələki məlumat yoxdur.

Xatırladaq ki, bu gün səhər Marseldə yaşayış evinin uçması nəticəsində 5 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti