...

Rusiya, İran, Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü mayın əvvəlinə təxirə salınıb

Dünya xəbərləri Materials 9 Aprel 2023 18:38 (UTC +04:00)

Bakı. Trend:

Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü mayın əvvəlinə təxirə salınıb.

Trend xəbər verir ki, bunu "Al Watan" qəzetinə müsahibəsi zamanı Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov deyib.

"Bazar ertəsi keçirilməsi planlaşdırılan görüş mayın əvvəlinə təyin edilib. Bu məsələ ilə bağlı müsbət nəticələr əldə etmək üçün maraqlı tərəflər arasında təmaslar və məsləhətləşmələr davam edir", - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti