...

Priqojinə qarşı cinayət işinə xitam verildi

Dünya xəbərləri Materials 27 İyun 2023 12:40 (UTC +04:00)
Priqojinə qarşı cinayət işinə xitam verildi

Bakı. Trend:

"Vaqner" rəhbəri Yevgeni Priqojinə qarşı silahlı qiyam təşkil etməsi ilə bağlı açılan cinayət işinə xitam verilib.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Silahlı qiyamla bağlı işin təhqiqatı zamanı müəyyən edilib ki, qiyam iştirakçıları birbaşa cinayət törətməyə yönəlmiş əməlləri dayandırıblar", - məlumatda qeyd olunur.

Qeyd edək ki, iyunun 23-də Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. O, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralananın olduğunu bildirib.

Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

Lakin daha sonra Priqojin Belarus lideri Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib və bazasına qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti