...

"Vaqner" Moskvanı ələ keçirə bilməzdi - Rusiya Milli Qvardiyasının rəhbəri

Dünya xəbərləri Materials 27 İyun 2023 15:34 (UTC +04:00)
"Vaqner" Moskvanı ələ keçirə bilməzdi - Rusiya Milli Qvardiyasının rəhbəri

Bakı. Trend:

Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov bildirib ki, "Vaqner" özəl hərbi şirkəti qiyam cəhdi zamanı Moskvanı ələ keçirə bilməzdi.

Trend çərşənbə axşamı xəbər verir ki, o bunu belə izah edib ki, "Vaqner"in ölkədə sürətlə irəliləməsinə qüvvələrin paytaxt ətrafında böyük həcmdə cəmlənməsi səbəb olub.

Onun sözlərinə görə, paytaxtda qiyam kontekstində baş verə biləcək istənilən təxribat susdurulacaqdı.

Qeyd edək ki, iyunun 23-də Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. O, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralananın olduğunu bildirib.

Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

Lakin daha sonra Priqojin Belarus lideri Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib və bazasına qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti