...

Körfəz ölkələrindən Türkiyəyə mühüm sərmayələr ayrılacaq

Dünya xəbərləri Materials 11 Avqust 2023 13:39 (UTC +04:00)

Bakı. Trend:

Körfəz ölkələrindən Türkiyəyə mühüm sərmayələr ayrılacaq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bildirib.

"İxrac üçün istehsal, istehsal üçün isə investisiya lazımdır. Ona görə də bizim əsas prioritetimiz investisiyalardır. Kredit və məhdud imkanları investisiyalara yönəldəcəyik”, - deyə M.Şimşek vurğulayıb.

Qeyd edək ki, iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfər edib. Səfər çərçivəsində Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 50,7 milyard dollarlıq müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti