...

Tailand hökuməti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini uzatdı

Dünya xəbərləri Materials 16 Oktyabr 2023 13:13 (UTC +04:00)
Tailand hökuməti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini uzatdı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Tailand hökuməti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini 90 günədək uzadıb.

Trend xəbər verir ki, bu barədə Tailandın "Thai PBS" telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Tailandda Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 30 gün idi. Bu ilin avqust ayında Tailandın baş naziri Settha Thavisin ölkə hökumətinin Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini 90 günədək uzadacağını bildirib.

Bundan başqa, baş nazir Tailandın soyuq iqlimə malik digər ölkələr üçün də vizasız rejimi asanlaşdırmaq istiqamətində işlər görəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti