...

İraqın şimalında altı Türk əsgəri şəhid olub

Dünya xəbərləri Materials 23 Dekabr 2023 20:38 (UTC +04:00)
İraqın şimalında altı Türk əsgəri şəhid olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində Türkiyənin baza ərazilərinə sızmağa çalışan terrorçularla atışmada altı Türk əsgəri şəhid olub, bir əsgər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, ilkin məlumata əsasən, qarşıdurma zamanı 13 terrorçu məhv edilib.

Bölgədə terrorçulara məxsus hədəflərə qarşı hava hərəkatları icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti