...

Dubayda dünyanın ən böyük Rubik kubu tikilib

Dünya xəbərləri Materials 28 Dekabr 2023 04:18 (UTC +04:00)
Dubayda dünyanın ən böyük Rubik kubu tikilib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil müəssisələrinin, peşə akademiyalarının və təlim mərkəzlərinin yerləşdiyi azad zonanın mərkəzi olan “Dubai Knowledge Park”ı 20 illik yubileyi münasibətilə dünyanın ən böyük Rubik kubunu tikib.

Trend-in məlumatına görə, Dubaydakı bu nəhəng heykəltəraşlıq nümunəsi Ginnesin Rekordlar Kitabına düşüb. İnanılmaz instalyasiya hər birinin hündürlüyü təxminən bir metr olan 21 şüşə-lif kubdan ibarətdir. Tikilinin çəkisi 300 kiloqramdan çoxdur.

Açıldığı gündən - 2003-cü ildən “Dubai Knowledge Park”da 170-dən çox ölkədən istedadlı tələbələrin təhsil aldığı 700-dən çox yerli, regional və beynəlxalq təhsil müəssisəsi fəaliyyət göstərir.

2022-2023-cü illərdə Birləşmiş Ərəb Əmirlikləri 123 dünya rekordu qırıb, onlardan 12-si 2024-cü ilin Ginnesin Rekordlar Kitabına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti