...

Yaponiyanın ilk tədqiqat modulu Aya enib

Dünya xəbərləri Materials 20 Yanvar 2024 08:19 (UTC +04:00)
Yaponiyanın ilk tədqiqat modulu Aya enib

Bakı. Trend:

SLIM adlı ilk Yapon tədqiqat modulu Ayın səthinə enib.

Trend-in məlumatına görə, modulun Aya enməsi Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən canlı yayımlanıb.

JAXA-dan bildirilib ki, SLIM-in günəş panelləri enerji istehsal etmədiyi üçün enerji problemi yaşayır.

"Biz cihazın Aya endiyini və onunla əlaqənin qurulduğunu təsdiqlədik. Bununla belə, günəş batareyaları enerji istehsal etmir, ona görə də hazırda biz Ay səthindən məlumatların toplanmasına üstünlük veririk", - press-relizdə qeyd edilir. Modul hazırda daxili akkumulyatorla enerji ilə təchiz olunur.

Missiya uğurlu olarsa, Yaponiya modulunu Yerin təbii peykinə endirən dünyada beşinci ölkə olacaq. Əvvəllər buna Sovet İttifaqı, ABŞ, Çin və Hindistan nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti