...

İranda seçkilərlə əlaqədar 6 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 1 Mart 2024 16:46 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimalında yerləşən Gilan vilayətinin Rezvanşəhr rayonunda bu gün seçkilər prosesinə müdaxilə edən 6 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bunu Rezvanşəhr Ümumi və İnqilab Məhkəməsinin prokuroru Hadi Nirumənd deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən biri kənd icra nümayəndəsi, qalanları isə namizədlərin məsul şəxsləridir.

İranlı prokuror deyib ki, bu şəxslər səsvermə məntəqələrinin ətrafında seçki prosesinə müəyyən müdaxilələr etməyə cəhd göstəriblər. Onlara xəbərdarlıq edilsə də, buna məhəl qoymadıqlarlna görə saxlanılıblar.

Qeyd edək ki, İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər yerli vaxtla saat 08:00-da başlanıb. Seçkilər 31 vilayətdə 1 218 seçki dairəsi, təxminən 59 min seçki məntəqəsində keçirilir.
Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.

Xəbər lenti

Xəbər lenti