...

Türkiyədə yanacaq daşıyan maşın partlayıb: ölü və yaralı var

Dünya xəbərləri Materials 4 Mart 2024 16:12 (UTC +04:00)
Türkiyədə yanacaq daşıyan maşın partlayıb: ölü və yaralı var
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, hadisə şəhərin Asiya tərəfindəki Ataşehir səmtində baş verib.

Məlumata görə, yanacaq daşıyan maşın qaynaq işləri zamanı partlayıb və daha sonra yanğın başlayıb.

Göztepe Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralılardan birinin vəziyyəti ağırdır. Partlayışın dəqiq səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti