...

Ermənistan KTMT-nin üzvü olaraq fəaliyyət dairəsini azaldıb - Baş katib

Dünya xəbərləri Materials 16 Aprel 2024 17:00 (UTC +04:00)
Ermənistan KTMT-nin üzvü olaraq fəaliyyət dairəsini azaldıb - Baş katib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə azaldıb.

Trend xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov "NEWS.ru"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın təşkilatda üzvlüyünü "dondurması" təşkilatın sənədlərində öz əksini tapmayıb.

"Ermənistan təşkilatın üzvü olaraq fəaliyyətinin həcmini həqiqətən əhəmiyyətli dərəcədə azaldıb", - deyə baş katib əlavə edib.

Xatırladaq ki, bu ilin fevral ayında Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın "France 24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti