Bakı. Trend:
Şənbə günü Kuba sahillərində əmələ gələn "Debbi" tropik qasırğası Meksika körfəzinə doğru irəliləyir.
Trend-in məlumatına görə, bu barədə Kuba Meteorologiya İnstitutu bildirib.
Məlumata əsasən, təbiət hadisəsi adanın mərkəzində və qərbində axşam saatlarında intensivləşən və Havananın müxtəlif ərazilərində elektrik enerjisinin kəsilməsinə səbəb olan güclü yağışa səbəb olub.
Qasırğa 6,7 m/s sürətlə şimal-qərbə doğru irəliləyir. Meteorologiya İnstitutu "Debbi"nin 12-24 saat ərzində Kubadan uzaqlaşacağını proqnozlaşdırır.